“Güclü cəmiyyətin zərif simaları” adlı layihə Ucar rayonunda baş tutub

18 aprel 2025 18:48

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə birgə 2024-cü ildən etibarən “Güclü cəmiyyətin zərif simaları” adlı layihəsi çərçivəsində növbəti görüş keçirilib.

Layihənin məqsədi regionlarda yaşayan qadınlar, yeniyetmə və gənc qızların şəxsi və liderlik bacarıqlarının inkişafına dəstək vermək, ictimai fəallığını təşviq etmək, eləcə də gənc qızların rəqəmsal bacarıqlarının artırılmasıdır.

18 aprel 2025-ci il tarixində baş tutan  Ucar Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Aidə Qəhrəmanova,  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qadın və gender məsələləri şöbəsinin baş məsləhətçisi Aytəkin Quliyeva, Regional İnkişaf İctimai Birliyinin Müraciətlərlə iş şöbəsinin baş mütəxəssisi Gülnarə Həmidova çıxış edib.

Çıxışlar zamanı layihənin qadın hüquqlarının təşviqi və gender bərabərliyinin təmin olunmasına töhfə verməyi hədəflədiyi bu istiqamətdə görülən işlər qadınların və qızların sosial, iqtisadi və texnoloji imkanlardan bərabər şəkildə yararlanmasına şərait yaradacağı bildirilib.

Görüşdə “Maestro School”-in təsisçisi, sosial sahibkar Mədinə Paşayevanın və “Safavy Onlayn Təhsil Platforması”nın direktoru, şəxsi inkişaf üzrə mentor, “Her İT Journey” sosial layihənin rəhbəri Könül Quliyevanın TEDx formatında çıxışları baş tutub.

Sonda sual-cavab əsasında fikir mübadiləsi aparılıb.