“Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində Göyçay rayonunda növbəti görüş keçirilib

Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə icra edilən “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində aprelin 24-də Göyçay rayonunda növbəti görüş keçirilib.
Görüşdə Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qadın və gender məsələləri şöbəsinin əməkdaşı Aytəkin Quliyeva, Regional İnkişaf İctimai Birliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsində layihələr koordinatoru Jalə Muradova çıxış edib.
Çıxışlar zamanı layihənin qadın hüquqlarının təşviqi və gender bərabərliyinin təmin olunmasına töhfə verməyi hədəflədiyi bu istiqamətdə görülən işlər qadınların və qızların sosial, iqtisadi və texnoloji imkanlardan bərabər şəkildə yararlanmasına şərait yaradacağı bildirilib.
Görüş zamanı Azərbaycan Sahibkarlar Konfederasiyasının Baş katibinin müavini Nərmin Qəniyevanın, “The Training Hub Azerbaijan” MMC və “Aztugem” layihəsinin rəhbəri Lamiyə Xəlilovanın TEDx formatında çıxışları dinlənilib. Onlar öz uğur hekayələri və təcrübələrini görüş iştirakçıları ilə bölüşüb, onlarla motivasiyaedici söhbət aparıblar.
Sonda sual-cavab əsasında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, layihənin məqsədi regionlarda yaşayan qadınların, yeniyetmə və gənc qızların şəxsi, liderlik və rəqəmsal bacarıqlarının inkişafına dəstək vermək, onların ictimai fəallığını təşviq etməkdir.