“Həyatının memarı-Sən özünsən” adlı layihə çərçivəsində maarifləndirici görüş keçirilib

12 mart 2026 17:26

Paylaş:

 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Səhiyyə Nazirliyi, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Bakı şəhəri Nəsimi rayonunda yerləşən Akif Abdullayev adına 211 nömrəli  tam orta məktəbdə “Həyatının memarı- Sən özünsən” adlı layihə çərçivəsində maarifləndirici görüş keçirilib.

 Valideynlər arasında maarifləndirmə işinin gücləndirməsi məqsədilə keçirilən tədbirdə məktəbin psixoloqu, müəllim heyəti və valideynlər iştirak edib.

Görüşdə Dövlət Komitəsinin əməkdaşı Nailə İbrahimova və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkim-mütəxəssisi Ülkər Camalova çıxış edərək, narkomaniyanın insan sağlamlığına zərəri, cəmiyyət üçün yaratdığı problemlər və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlər bardə məlumat veriblər.

Çıxışçılar valideyn məsuliyətinin, sağlam ailə mühitinin, düzgün tərbiyə və davamlı nəzarətin yeniyetmələrin zərərli vərdişlərdən uzaq böyüməsindəmühüm rol oynadığını qeyd ediblər.

Müzakirə formatında davam edən görüşdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Tədbirin sonunda mövzu ilə bağlı maarifləndirici kitabçalar paylanılıb.