“Həyatının memarı-Sən özünsən” adlı layihə çərçivəsində növbəti maarifləndirici görüş keçirilib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 19 noyabr 2025-ci i tarixində Elm və Təhsil Nazirliyi və Səhiyyə Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində Emal Sənayəsi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində narkomaniya ilə mübarizə mövzusunda maarifləndirici görüş keçirib.
Görüşdə Dövlət Komitəsinin əməkdaşı Nailə İbrahimova, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar mərkəzinin həkim-mütəxəssisi Ülkər Camalova narkomaniyanın insanların həyat və sağlamlığı üçün yaratdığı ciddi təhlükələr, cəmiyyətinin mənəvi-əxlaqi dəyərlərinə mənfi təsirləri və onunla mübarizə istiqamətində həyata keçirilən kompleks tədbirlər barədə geniş məlumat verərək, sağlam həyat tərzinin əhəmiyyətindən danışıblar.
130 nəfər tələbənin iştirakı ilə keçirilən tədbirin yekununda məruzələr ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.
Tədbir çərçivəsində “Biz narkotiklərə Yox deyirik” maarifləndirici kitabçalar informativ resurs kimi mərkəzin kitabxanasına təqdim olunub.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi