Hüquq-mühafizə orqanlarının əməkdaşları üçün növbəti regional təlim keçirilib

28 avqust 2026 10:50

Paylaş:

28 avqust 2026-cı il tarixində Mingəçevir şəhərində uşaq hüquqlarının müdafiəsi sahəsində təcrübəli yerli mütəxəssislər (vəkil və psixoloq) tərəfindən “Uşaq hüquqlarının müdafiəsi” mövzusunda hüquq-mühafizə orqanlarının əməkdaşları üçün növbəti regional təlim keçirilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən keçirilən təlimdə Gəncə, Mingəçevir, Naftalan, Qazax, Tovuz, Ağdaş, Bərdə, İmişli, Sabirabad, Şəmkir, Ağstafa, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, şəhər/rayon polis şöbələrinin və rayon prokurorluqlarının məsul əməkdaşları iştirak edib.

İştirakçılara Azərbaycan Respublikasında cinayət təqibi üzrə yetkinlik yaşına çatmayanlar barəsində məhkəməyədək icraatın xüsusiyyətləri, cinayət prosesinin gedişatı zamanı zərərçəkmiş və ya şahid olan uşaqların hüquqlarının müdafiəsinin (dəstək) təminatı, cinayət təqibi orqanlarının istintaq zamanı uşaqlarla davranış qaydaları haqqında məlumatlar verilib. O cümlədən uşaq yönümlü yanaşmadauşağın cinayət prosesində sadəcə “iştirakçı” və ya “hüquq pozuntusunun subyekti” kimi deyil,öz yaşına, inkişaf səviyyəsinə, psixoloji vəziyyətinə və fərdi ehtiyaclarına uyğun hüquqi müdafiəyə ehtiyacı olan şəxs kimi qəbul edilməsi barədə danışılıb və praktik məşğələlər keçirilib.

Sonda iştirakçılara Dövlət Komitəsi tərəfindən hazırlanmış “Prokurorluq, polis və digər hüquq mühafizə orqanlarının əməkdaşları üçün yetkinlik yaşına çatmayanlarla davranışa dair” metodik vəsait və sertifikatlar təqdim olunub.