“İKT-də Qadınlar” layihəsi çərçivəsində “Rəqəmsal Sahibkarlıq” müsabiqəsinə qeydiyyat başladı!

Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin tərəfdaşlığı ilə “İKT-də Qadınlar” layihəsi çərçivəsində təşkil olunan “Rəqəmsal Sahibkarlıq” müsabiqəsi elan olunur.
Müsabiqənin məqsədi qadınların rəqəmsal bacarıqlarını və İKT sahəsində iştirakını təşviq etmək, onların sosial təsir yaradan ideyalarını dəstəkləməkdir.
İştirak şərtləri:
▪ “Rəqəmsal sahibkarlıq” mövzusunda ideya təqdim olunmalıdır.
▪ Layihə cəmiyyətə real tətbiq oluna biləcək, sosial təsirli və unikal olmalıdır.
▪ İştirakçılar 30 may 2025-ci il tarixinə qədər qeydiyyat formasına PPT təqdimatı, layihənin qısa təsviri və 1 dəqiqəlik video çıxışı əlavə etməlidirlər.
▪ Final günü ideyalar 5 dəqiqəlik çıxışla münsiflər heyətinə təqdim olunacaq.
Qalibləri xüsusi mükafatlar gözləyir!
Qeydiyyat linki: https://forms.gle/i3gSf6Eb3Fb88jFH9
Qadınlar üçün rəqəmsal imkanların genişləndirilməsi istiqamətində bu təşəbbüs yenilikçi baxışları və sosial təsiri olan layihələri ön plana çıxaracaq.