“İKT-də Qadınlar” layihəsi çərçivəsində “Rəqəmsal sahibkarlıq” müsabiqəsinin yekun mərhələsi keçirilir
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin tərəfdaşlığı ilə keçirilən “İKT-də Qadınlar” layihəsi çərçivəsində “Rəqəmsal sahibkarlıq” müsabiqəsinin yekun mərhələsi keçirilir. Hazırda müsabiqənin 11 finalçısı layihələri münsiflər qarşısında təqdim edirlər.
Qeyd edək ki, müsabiqənin məqsədi qadınların rəqəmsal bacarıqlarını və İKT sahəsində iştirakını təşviq etmək, onların sosial təsir yaradan ideyalarını dəstəkləməkdir. Qadınlar üçün rəqəmsal imkanların genişləndirilməsi istiqamətində bu təşəbbüs yenilikçi baxışları və sosial təsiri olan layihələri ön plana çıxarmağı hədəfləyir.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi