“İnsan alveri və məcburi əməyə YOX deyək!” adlı layihə çərçivəsində görüşlər keçirilib

22 may 2025 11:50

Paylaş:

“İnsan alveri və məcburi əməyə YOX deyək!” adlı layihə çərçivəsində Bakı Biznes Universitetində və Bakı Avrasiya Universitetində görüş keçirilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin əməkdaşı Rafiq Mahmudov “İnsan alveri və məcburi əmək: özünüzü necə qoruya bilərsiniz” adlı təqdimatla çıxış edərək, insan alverinin növləri, dövlətin və Komitənin insan alveri ilə mübarizə istiqamətində həyata keçirdiyi tədbirlər və gənclərin bu problemdən özünü necə qoruya biləcəyi haqqında ətraflı məlumat verib.

Görüşlər “Azərbaycan ailəsi” film festivalına təqdim edilmiş “Satılmış həyat” filminin nümayişi və müzakirələrlə davam edilib.