İnsan alverinə qarşı mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsi məqsədilə onlayn görüş keçirilib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi əməkdaşlarının iştirakı ilə insan alverinə qarşı mübarizə mövzusuna həsr edilən görüş keçirilib.
“Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2026-2030-cu illər üçün Milli Fəaliyyət Planı”nın Tədbirlər Planına əsasən keçirilən görüşdə mövzu ilə bağlı vacib olan məsələlərə diqqət çəkilib.
Çıxışlarda insan alveri cinayətləri, məcburi əmək cinayətləri, aidiyəti qurumların bu sahədə mübarizə tədbirləri haqqında məlumat verilib. Müvafiq sahədə həyata keçirilən işlərin səmərəliliyinin artırılması, qurumlararası əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı təkliflər səsləndirilib.
Görüş çərşivəsində, həmçinin qarşıdakı dövr üçün nəzərdə tutulan fəaliyyətlər və birgə təşəbbüslər müzakirə olunub.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi