İnsan resurslarının idarə edilməsi ilə bağlı onlayn təlim keçirilib

8 dekabr 2025 12:15

Paylaş:

08 dekabr 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində rəhbər vəzifəli şəxslər üçün insan resurslarının idarə edilməsi ilə bağlı onlayn təlim keçirilib.

Təlimdə Dövlət İmtahan Mərkəzinin əməkdaşı Miranə Rüstəmli insan resurslarının idarə edilməsinin əsas funksiya və prinsipləri barədə danışıb.

M.Rüstəmli çıxışında əmək bölgüsü və əmək kooperasiyasının növləri, vəzifə təlimatlarının düzgün müəyyənləşdirilməsi qaydaları, kadr siyasəti, kadrlarla aparılan işlərin əsas prinsipləri, müsahibələrdə səriştələrin müəyyənləşdirilməsi metodları barədə ətraflı məlumat verib.

Təlim zamanı iştirakçıları maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılıb.