İnternet təhlükəsizliyi mövzusunda maarifləndirici tədbir keçirilib

19 fevral 2026 12:14

Paylaş:

18 fevral 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindənBakı şəhəri 172 nömrəli tam orta məktəbdə internet təhlükəsizliyi mövzusunda maarifləndirici tədbir təşkil olunub.

Tədbirin keçirilməsində əsas məqsəd şagirdlər arasında rəqəmsal mühitdə təhlükəsiz davranış qaydalarının təşviqi, kibertəhlükələr barədə məlumatlılığın artırılması və sağlam rəqəmsal vərdişlərin formalaşdırılması olub.

Görüşdə Dövlət Komitəsinin əməkdaşları Rafiq Mahmudov və Ləman Mahmudova çıxış edərək, iştirakçılara internet resurslarından düzgün və məqsədyönlü istifadə, şəxsi məlumatların qorunması, kibercinayətkarlıq halları, onlayn zorakılıq (kiberbullinq) və sosial şəbəkələrdə etik davranış qaydaları barədə ətraflı məlumat veriblər.

Tədbir çərçivəsində şagirdlərin sualları cavablandırılıb, onlara gündəlik rəqəmsal fəaliyyətlərində diqqətli olmaları, şübhəli hallarla qarşılaşdıqda valideynlərə və müəllimlərə müraciət etmələri tövsiyə edilib.