Komitə əməkdaşlarına təlim keçirildi
Paylaş:
03 dekabr 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsini həyata keçirən şəxslər üçün növbəti təlim keçirilib.
Təlim zamanı Dövlət İmtahan Mərkəzinin əməkdaşı Miranə Rüstəmlinin iştirakı ilə dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydaları və onların tətbiqi ilə bağlı geniş müzakirələr aparılıb, dövlət qulluqçusunun cari fəaliyyətinə nəzarətin həyata keçirilməsi, onun potensial imkanlarının aşkara çıxarılması, həmin imkanlardan səmərəli istifadə edilməsi, habelə tutduğu vəzifəyə uyğun gəlib-gəlmədiyinin müəyyənləşdirilməsi üçün xidməti fəaliyyətin qiymətləndirilməsinin önəmi vurğulanıb.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi