“Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbirlər keçirilib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Zaqatala, İsmayıllı, Qəbələ, Goranboy, Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən “Konstitusiya və Suverenlik İli” çərçivəsində mərkəzlərin əməkdaşları, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin regional nümayəndələri, rayon ictimaiyyətinin nümayəndələri, rayon ərazisində yaşayan məcburi köçkün və qaçqınların iştirakı ilə vətənpərvərlik mövzusunda maarifləndirici görüşlər keçirilib.
Dövlət Suverenliyi Günü ərəfəsində keçirilən görüşlərdə çıxış edənlər “Konstitusiya və Suverenlik İli” barədə ətraflı məlumat verib, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri, soydaşlarımızın doğma torpaqlarına qayıtması, orada layiqli şəkildə yaşaması üçün yaradılan şəraitdən danışıblar. Eyni zamanda əhalinin yeni şəraitə uyğunlaşması zamanı yaranan çətinliklər və onların aradan qaldırılması, eləcə də əsas həyat bacarıqlarının möhkəmləndirilməsi istiqamətində zəruri tövsiyələr verilib.
Yekunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi