Lənkəranda uşaqların rəqəmsal təhlükəsizliyi mövzusunda maarifləndirici görüş keçirilib

7 may 2026 14:27

Paylaş:

7 may 2026-cı il tarixində Lənkəran şəhərində “Uşaqlar və rəqəmsal risklər: virtual mühitdə real təhlükələr” mövzusunda maarifləndirici görüş keçirilib.

Görüş Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi, həmçinin Təhsil İdarəsi və Lənkəran Şəhər Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə 1 nömrəli tam orta məktəbdə təşkil olunub.

Tərbirdə təşkilatçı qurumların nümayəndələri, eləcə də Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin əməkdaşı Həsən Əliyev çıxış ediblər.

Çıxışlarda informasiya texnologiyalarının və sosial media platformalarının uşaqların həyatında mühüm rol oynadığını, eyni zamanda rəqəmsal mühitdə mövcud risklərə qarşı onların qorunmasının vacibliyi qeyd edilib. Bildirilib ki, kibertəhlükəsizlik, şəxsi məlumatların mühafizəsi, zərərli kontentlərdən qorunma və rəqəmsal savadlılığın artırılması istiqamətində uşaqların, valideynlərin və təhsil işçilərinin maarifləndirilməsi xüsusi əhəmiyyət daşıyır.