“Məişət zorakılığından zərər çəkmiş uşaqların müəyyən edilməsi və onlara psixoloji yardımın göstərilməsi” mövzusunda növbəti seminar keçirilib

12 may 2026 17:39

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Abşeron rayonu ərazisində yerləşən məktəblərin psixoloqları üçünMəişət zorakılığından zərər çəkmiş uşaqların müəyyən edilməsi və onlara psixoloji yardımın göstərilməsimövzusunda növbəti seminar keçirilib.

         12 may 2026-cı il tarixində keçirilən seminarın məqsədi məktəb psixoloqlarının məişət zorakılığından zərər çəkmiş uşaqların vaxtında müəyyən edilməsi, onlara dərhal psixoloji yardımın göstərilməsi, məktəb psixoloqlarının bu sahədə rolunun artırılması və gələcəkdə bu kimi halların qarşısının alınması sahəsində maarifləndirilməsidir.

         Abşeron Rayon İcra Hakimiyyətinin Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyasının məsul katibi Şükufə Məmmədova  tədbir iştirakçılarını salamlayaraq, mövzunun aktuallığını qeyd edib.

Dövlət Komitəsinin Hüquqi-təminat şöbəsinin Məişət zorakılığının qarşısının alınması sektorunun əməkdaşı İradə Məmmədova “Məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikasının Qanunu və məişət zorakılığına məruz qalmış şəxslərin müdafiəsi” haqqında danışıb.

         Daha sonra Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin psixoloqu Leyla Məmmədova, Loqos psixoloji və nitq mərkəzinin psixoloqu Fatma Xangəldiyeva “Uşaqlara qarşı zorakılığın diaqnostikası və fəsadları” və “Məişət zorakılığı fonunda böyüyən uşaqlara məktəbdə psixoloji dəstək” mövzularında təqdimatlarla çıxış ediblər. Seminar sual-cavab sessiyası ilə davam etdirilib.