Məişət zorakılığının qarşısının alınması sahəsində yaradılan monitorinq və əlaqələndirmə qrupunun rüblük iclası keçirildi
Paylaş:
11 iyul 2025-ci il tarixdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında Məişət zorakılığının qarşısının alınması sahəsində yaradılan monitorinq və əlaqələndirmə qrupunun növbəti rüblük iclası keçirildi
İclasda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Səhiyyə Nazirliyi, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Elm və Təhsil Nazirliyi, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi və ekspertlər, o cümlədən Vəkillər Kollegiyasının və İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının nümayəndələri iştirak edib.
“Monitorinq və əlaqələndirmə qrupunun 2025-ci il üzrə Tədbirlər Planı”, “Məişət zorakılığının qarşısının alınması sahəsində cavab tədbirlərinin monitorinqi üzrə meyarlar”ın layihəsi və məişət zorakılığı ilə bağlı ölkə üzrə toplanılmış statistik məlumatların müzakirəsi gündəlikdə duran əsas məsələlərdən olub.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi