Milli Məclisin plenar iclasında gender bərabərliyi ilə bağlı 2025-ci il üzrə məlumat dinlənilib

26 may 2026 14:44

Paylaş:

26 may 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Milli Məclisin plenar iclasında gender bərabərliyinin təmin edilməsi ilə bağlı 2025-ci il üzrə məlumatla çıxış edib.

Məlumat “Gender bərabərliyinin təminatları haqqında” Qanunun 20-ci maddəsinə uyğun olaraq, 3 əsas istiqaməti əhatə edib:

1. Gender bərabərliyinin təmin edilməsilə bağlı dövlət siyasətinin əsas istiqamətləri və dövlətin vəzifələri;

2. Gender bərabərliyinin müxtəlif sahələr üzrə təminatı;

3. 2025-ci ildə Azərbaycanda gender bərabərliyinin təmin edilməsi sahəsində əldə edilmiş nəticələr, qarşıya qoyulan vəzifələr və tövsiyələr.

Deputatların müzakirələrindən sonra illik məlumat səsverməyə qoyularaq qəbul olunub.

 

 

“Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə məlumatı

Təqdimat

Bahar Muradovanın çıxışı