Naxçıvanda vətəndaş qəbulu keçiriləcək

25 noyabr 2026 13:37

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 4 dekabr 2026-cı il tarixində, saat 11:00-da Naxçıvan şəhərində (Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin inzibati binasında) vətəndaşları qəbul edəcək.

Qəbulda Naxçıvan Muxtar Respublikasından olan sakinlərin müraciətlərinə baxılacaq.