Nizami rayonunun ictimai fəal gəncləri üçün Dövlət Komitəsində info-tur təşkil olunub
Paylaş:
23 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Bakı Şəhər Gənclər və İdman İdarəsinin Nizami rayonu üzrə gənclər və idman sektorunun və Nizami Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Nizami rayonu üzrə yüksək bal toplayan abituriyentlərin və ictimai fəal gənclərlə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə info-tur təşkil olunub.
“Ailəm könüllüləri” nin də iştirak etdiyi İnfo-tur zamanı dövlətin ailə, qadın və uşaq siyasəti istiqamətində həyata keçirilən tədbir və layihələr, qanunvericiliyin təkmilləşdirilməsi, hazırlanan təhlillər, Komitənin fəaliyyəti ilə bağlı əldə olunan əhəmiyyətli nəticələr və innovativ yanaşmalar barədə məlumat verilib.
İnfo-turda həm də Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhramanova ilə də görüş keçirilib.
Görüşdə Ulu Öndər Heydər Əliyevin demokratik cəmiyyət quruculuğuna, ictimai-siyasi həyatın bütün sahələrində qadınların iştirakına verdiyi önəmi xüsusi qeyd edən sədr müavini, 44 günlük Vətən müharibəsində qazanılan zəfər və cənab prezident İlham Əliyevin uğurlu dövlət siyasətindən danışıb.
S.Qəhrəmanova gənclərlə ailə dəyərləri, idarəetmə və qərar qəbuletmə sahəsində qadınların iştirakçılığının artması ilə bağlı məlumat verərək, karyera seçimi ilə bağlı tövsiyələr verib. Sonda info-tur iştirakçılarının sualları cavablandırılıb.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi