Növbəti səyyar “Açıq qapı” günü keçirilib

10 avqust 2026 15:05

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Goranboy, Göygöl, Zaqatala və Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) tərəfindən 4 avqust 2026-cı il tarixində Mərkəzlərin psixoloq, sosial işçiləri və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının vəkillərinin birgə iştirakı ilə növbəti səyyar “Açıq qapı” günü keçirilib.

“Açıq qapı” günü Bakı şəhəri Xəzər rayonu Şağan qəsəbəsi, İsmayıllı, Goranboy rayonu, Göygöl rayonunun Çaylı, Qəbələ rayonunun Qaradeyin, Ağdam rayonunun Xındırıstan, Hacıqabul rayonunun Qubalı Baloğlan, Saatlı rayonunun Heydərabad, Sabirabad rayonunun Azadkənd, Zaqatala rayonunun Mamrux, Zərdab rayonunun Məlikumudlu kənd və qəsəbələrini əhatə edib.

“Açıq qapı” günündə UADM-lərin xidmətləri (psixoloji konsultasiya, Denver II qiymətləndirmə testi), Mərkəzlərlə əməkdaşlıq, aliment, müalicə və sosial müavinətlər, işlə təminat, özünüməşğulluq proqramı, hüquqi məsələlər üzrə 67 nəfər vətəndaşın müraciəti dinlənilib, müraciətlərin bir qismi təmin edilib, bəzi müraciətlərlə bağlı müvafiq izahat verilib, həlli araşdırma tələb edən müraciətlər isə qeydiyyata alınaraq nəzarətə götürülüb, eyni zamanda vəkillər tərəfindən sosial cəhətdən həssas qruplardan olan qadınlara hüquqi yardım göstərilib.