Regionlarda 4 gün davam edən maarifləndirici tədbirlərə 100-ə yaxın sakin cəlb edilib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Şüvəlan, Goranboy, Qəbələ, İsmayıllı, Zaqatala, Saatlı və Hacıqabul Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin təşəbbüsü ilə bölgələrdə maarifləndirici görüş və seminarlar təşkil olunub.
Bələdiyyə və rayon icra nümayəndələri, eləcə də gənc ailələrin iştirakı ilə keçirilən görüşlər zamanı ekspertlər reproduktiv sağlamlığın qorunması, ailə planlaşdırılmasının əhəmiyyəti və ailədaxili münasibətlərin düzgün qurulması barədə ətraflı məlumat veriblər.
Həmçinin qohum və erkən evliliklərin, eləcə də genderəsaslı cins seçiminin (selektiv abortların) mənfi nəticələri müzakirə olunub, gender bərabərliyinin təşviqinin vacibliyi xüsusi vurğulanıb.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi