Regionlarda Dünya Autizm Məlumatlandırma Günü ilə əlaqədar maarifləndirici tədbirlər keçirilib

3 aprel 2025 17:32

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Zərdab, Zaqatala, Goranboy, Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 1-3 aprel 2025-ci il tarixlərində rayonlarda, eləcə də kənd və qəsəbələrdə mərkəzlərin ekspert qruplarının üzvləri, tibb işçiləri, autizm spektr pozuntusu (ASP) olan uşaqların valideynləri, uşaqlarla işləyən mütəxəssislər, icma sakinlərinin iştirakı ilə 2 Aprel - Dünya Autizm Məlumatlandırma Günü ilə əlaqədar maarifləndirici tədbirlər keçirilib.

Tədbirlərdə çıxış edənlər cəmiyyətin autizm mövzusunda maarifləndirilməsinin vacibliyindən bəhs edib, ölkəmizdə bu istiqamətdə görülən işlərdən danışıblar. Qeyd edilib ki, autizm-erkən yaş dövründə başlayan, sosial münasibətlər və ünsiyyət sferasında problemlərin olması ilə özünü göstərən ümumi inkişaf problemidir. Valideynlər autizm haqqında nə qədər çox məlumatlı olsalar, bir o qədər özlərinə və övladlarına kömək edə bilərlər.

İştirakçılara autizmli uşaqlarla düzgün davranış qaydaları barədə zəruri tövsiyələr verilib, onları maraqlandıran suallar cavablandırılıb.