Regionlarda ekoloji tərbiyənin əhəmiyyəti mövzusunda maarifləndirici görüşlər keçirilib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Ağdam, Goranboy, Göygöl, Hacıqabul, İsmayıllı, Qəbələ, Saatlı, Sabirabad, Şüvəlan, Zaqatala, Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 2-5 iyun 2025-ci il tarixlərində təhsil müəssisələrində və istirahət parklarında “İnsan Hüquqları Aylığı” çərçivəsində və 5 İyun – Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü münasibətilə mərkəzlərin əməkdaşları, ekspertlər, müəllimlər, gənc ailələr, valideynlər, şagirdlərin iştirakı ilə ekoloji tərbiyənin əhəmiyyəti mövzusunda maarifləndirici görüşlər keçirilib, ağacəkmə və təmizlik aksiyaları təşkil edilib.
Görüşlərdə qeyd edilib ki, dünyada bu günün qeyd edilməsində məqsəd insanlarda ətraf mühitin mühafizəsinə töhfə verməsini təşviq etmək, ekoloji problemlərin həllinə daha çox insanın diqqətini cəlb etməkdir.
Ekspertlər ekoloji tərbiyənin ailədə başladığını vurğulayaraq, uşaqlarla ekoloji mövzuda söhbət aparılması, o cümlədən onlarda yaşadığı yerə, bitkilərə, güllərə, ev heyvanlarına qayğı ilə yanaşmaq vərdişlərinin aşılanması, suyun, qida məhsullarının qənaətlə istifadə edilməsi, ətraf mühitin təmizliyinin orqanizmə təsiri, məişət tullantılarının düzgün şəkildə emalı, həyətyanı sahələrin təmiz saxlanılması, yaşıllığa qulluq qaydası və s. barədə danışıblar.
Yekunda iştirakçıları maraqlandıran suallar cavabılandırılıb.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi