Regionlarda “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində tədbirlər keçirilir

26 noyabr 2026 18:26

Paylaş:

“Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən məişət zorakılığının qarşısının alınması və sağlam ailə münasibətlərinin təşviqi məqsədilə 16-28 noyabr 2026-cı il tarixlərində Ağdam, İsmayıllı, Sabirabad və Zaqatala rayonlarında məişət zorakılığı qurbanları və törədənlər, risk qrupuna daxil olan şəxslərlə psixoloji konsultasiyalar, psixoloji treninq və psixo-maarifləndirici görüşlər keçirilir. 

Təlimçilər Əsli Zeynalabdinova, Aygün İsmayılova, Elnarə Əhmədova və Nüşabə Nağıyeva tərəfindən keçirilən konsultasiya, treninq və görüşlərdə iştirakçıları narahat edən psixoloji problemlər müəyyənləşdirilir, onların emosional özünüifadəsi və özünüqiymətləndirməsinin yüksəldilməsi istiqamətində psixoloji iş aparılır.

Maarifləndirici görüşlərdə münaqişələrin sağlam ünsiyyət yolu ilə həlli, emosiyaların idarə olunması və zorakılıq hallarının qarşısının alınması yolları barədə məlumat verilir, psixoloji məsləhətləşmə və müzakirələr aparılır.