Regionlarda internet təhlükəsizliyi istiqamətində maarifləndirici tədbirlər keçirilib

21 fevral 2025 15:54

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Zərdab, Zaqatala, Goranboy, Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 17-21 fevral 2025-ci il tarixlərində təhsil müəssisələrində ailələrin, valideynlərin və uşaqların internetdəki təhlükələr barədə məlumatlandırılması məqsədilə maarifləndirici görüşlər keçirilib.

Mərkəzlər, rayon icra hakimiyyətləri, rayon polis şöbələri, Gənclər evlərinin əməkdaşları, təhsil işçilərinin iştirakı ilə keçirilən tədbirlərdə ekspertlər tərəfindən iştirakçılara informasiya təhlükəsizliyi barədə məlumat verilib, ölkəmizdə informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik mədəniyyətinin formalaşdırılması, cəmiyyətdə bu istiqamətdə zəruri bilik və bacarıqların artırılması istiqamətində görülən işlərdən bəhs edilib. Valideynlərə və məktəblilərə internetdən istifadə edərkən diqqət edilməli məsələlər, şəxsi məlumatların qorunması, sosial mediadan düzgün istifadə qaydaları barədə zəruri tövsiyələr verilib.

Tədbirlərdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ilə bağlı maarifləndirmə materialları paylanılıb.