Regionlarda “Kitabımı paylaşıram” layihəsi həyata keçirilib

27 iyul 2026 17:12

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan, Göygöl, Goranboy, Ağdam, Zərdab, Qəbələ, İsmayıllı, Zaqatala, Saatlı və Hacıqabul Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən uşaqların asudə vaxtının səmərəli təşkili və mütaliəyə marağın artırılması məqsədilə 20-24 iyul 2026-cı il tarixlərində “Kitabımı paylaşıram” layihəsi həyata keçirilib.

Layihənin əsas məqsədi iştirakçılarda mütaliə vərdişlərinin formalaşdırılması, kitaba marağın artırılması, oxu mədəniyyətinin aşılanması, dünyagörüşünün zənginləşdirilməsi, həmçinin kitab mübadiləsi vasitəsilə paylaşma və sosial həmrəyliyin təbliği olub.

Tədbir zamanı Mərkəz əməkdaşları uşaqlar üçün Azərbaycan xalq nağıllarından və hekayələrindən bir parça oxuyublar, yönləndirici suallar verərək iştirakçılarla fikir mübadiləsi aparıblar.

Tədbir proqramı çərçivəsində uşaqlar özləri ilə gətirdikləri bədii kitabları yoldaşları ilə paylaşıb, maraqlı gördükləri məqamları bir-birinə danışaraq mütaliə təcrübələrini bölüşüblər.