Regionlarda “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbirlər keçirilib

Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Zaqatala, Goranboy, Göygöl, Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 14-18 aprel 2025-ci il tarixlərində təhsil müəssisələri və rayon Heydər Əliyev Mərkəzlərində mərkəzlər, rayon icra hakimiyyətləri, rayon təhsil sektorunun əməkdaşları, Uşaq Səfirlər Məclisinin rayon üzrə nümayəndələri, müəllim, şagird və valideynlərin iştirakı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində hüquq və vəzifələrlə bağlı maarifləndirici tədbirlər keçirilib.
Tədbirlərdə çıxış edənlər 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsinin məqsədi və əhəmiyyəti barədə danışıb, iştirakçılara Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş insan hüquq və azadlıqları, vəzifələri, eləcə də uşaq hüquqları barədə məlumat veriblər.
Tədbirlərdə “Ailədə uşaqların hüquqları”, “Mənim hüquqlarım” adlı təqdimatlar nümayiş etdirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.