Regionlarda maarifləndirici görüşlər keçirilib

Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam, Goranboy, Göygöl, Hacıqabul, Saatlı, Sabirabad, Zərdab, İsmayıllı, Qəbələ, Zaqatala və Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən ailələrin, valideynlərin və uşaqların internetdəki təhlükələr barədə məlumatlandırılması və regionlarda əhalinin rəqəmsallaşma istiqamətində bilik və bacarıqlarının artırılması məqsədilə maarifləndirici görüşlər keçirilib.
Görüşlərdə UADM-lərin və aidiyyəti qurumların əməkdaşları, rayonun fəal gəncləri və icma sakinləri iştirak edib.
Görüşlər zamanı mərkəz əməkdaşları internet əlçalatanlığının mənfi və müsbət tərəflərindən danışıb, həmçinin internetin yaratdığı asılılığın uşaqların fiziki və psixi sağlamlığına mənfi təsiri barədə məlumat verilib.
Həmçinin mütəxəssislər tərəfindən internet üzərindən aparılan ödənişlərdə təhlükəsizliyin təmin edilməsi, kart dələduzluğuna qarşı mübarizə tədbirləri çərçivəsindəkartın itirilməsi, oğurlanması və ya səlahiyyətli olmayan şəxs tərəfindən istifadə edilməsi halları müəyyən edildiyi təqdirdə nə etməli, internet və mobil bankçılıqdan istifadə zamanı hansı məqamlara diqqət yetirmələri barədə məlumat verilib.
Eyni zamanda iştirakçılara hər hansı şübhəli hal ilə rastlaşan zaman aidiyyəti orqanlara məlumat vermələri barədə tövsiyələr verilib.
Sonda iştirakçılara mövzu ilə bağlı maarifləndirici materiallar paylanılıb.