Regionlarda məişət zorakılığından müdafiə vasitələrinə etimadın təşviqi məqsədilə maarifləndirici tədbirlər keçirilib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan, Ağdam, Göygöl, İsmayıllı, Qəbələ, Saatlı, Sabirabad, Hacıqabul, Zərdab, Zaqatala, Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 14-18 iyul 2025-ci il tarixlərində kənd və qəsəbələrdə Mərkəzlər, yerli icra hakimiyyəti orqanları, Rayon Polis Şöbələri, rayon Heydər Əliyev Mərkəzi, Gənclər Evinin əməkdaşları, kitabxana işçiləri və icma sakinlərinin iştirakı ilə əhali arasında məişət zorakılığından müdafiə vasitələrinə etimadın təşviqi məqsədilə maarifləndirici tədbirlər keçirilib.
Tədbirlərdə ekspertlər tərəfindən iştirakçılara məişət zorakılığının növləri, yardım mərkəzləri, mühafizə orderi barədə ətraflı məlumat verilib, ölkəmizdə məişət zorakılığının qarşısının alınması - məişət zorakılığı təhlükəsinin aradan qaldırılması məqsədilə həyata keçirilən hüquqi, sosial və qabaqlayıcı tədbirlərdən danışılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ilə əlaqəli bukletlər paylanılıb.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi