Regionlarda sağlam həyat tərzi vərdişlərinin formalaşdırılması məqsədilə maarifləndirici tədbirlər keçirilib

13 iyul 2025 10:13

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan, Ağdam, Göygöl, İsmayıllı, Qəbələ, Saatlı, Sabirabad, Hacıqabul, Zərdab, Zaqatala, Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 7-11 iyul 2025-ci il tarixlərində mərkəzlərdə, təhsil müəssisələrində, istirahət parklarında mərkəzlər, rayon icra hakimiyyətləri və bələdiyyələrin əməkdaşları, Uşaq Səfirlər Məclisinin nümayəndələri, tibb işçiləri, uşaqlar, yeniyetmə və gənclər, icma sakinlərinin iştirakı ilə sağlam həyat tərzi vərdişlərinin formalaşdırılması məqsədilə interaktiv seminarlar keçirilib.

Tədbirlərdə ekspertlər tərəfindən iştirakçılara sağlam həyat tərzinin qaydaları barədə ətraflı məlumat verilib, zərərli vərdişlərin fəsadlarından bəhs edilib, gigiyenik qaydalara əməl etmək, düzgün qidalanmaq, idmanla məşğul olmaq tövsiyə edilib, iştirakçılarla qrup işləri aparılıb.

Tədbirlərdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ilə bağlı maarifləndirmə materialları paylanılıb.