Regionlarda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar tədbirlər keçirilib

8 may 2025 14:16

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Zaqatala, Goranboy, Göygöl və Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 5–8 may 2025-ci il tarixlərində təhsil müəssisələrində şagird və müəllimlərin iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Konstitusiyamız haqqında nə bilirik?” mövzusunda maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlər zamanı çıxış edənlər Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edib, xüsusilə də onun rəhbərliyi ilə hazırlanaraq 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyası haqqında ətraflı məlumat veriblər. Tədbirlərdə iştirakçılarla Konstitusiyada təsbit edilmiş insan hüquq və azadlıqları, həmçinin vətəndaşların vəzifələri barədə müzakirələr aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.