Regionlarda uşaqların asudə vaxtının səmərəli təşkili ilə bağlı tədbirlər keçirilib

20 iyun 2025 16:01

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan, Sabirabad, Saatlı, Hacıqabul, Zərdab, İsmayıllı, Qəbələ, Göygöl, Goranboy, Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 17-20 iyun 2025-ci il tarixlərində “İnsan Hüquqları Aylığı” çərçivəsində uşaqların asudə vaxtının səmərəli təşkili məqsədilə mərkəzlərin əməkdaşları, rayon icra hakimiyyətləri, gənclər evi, təhsil sektoru, mədəniyyət işçiləri, valideynlər və uşaqların iştirakı ilə mərkəzlərdə interaktiv görüşlər keçirilib, bölgələrdə yerləşən görməli yerlərə, tarix diyarşünaslıq muzeyləri, rayon Heydər Əliyev Mərkəzləri, tarixi məkanlara ekskursiyalar təşkil edilib.

İnteraktiv görüşlərdə asudə vaxtın səmərəli təşkil edilməsi, ailədə birlikdə faydalı zaman keçirməyin əhəmiyyətindən danışılıb, bu istiqamətdə aidiyyəti qurumların və valideynlərin üzərinə düşən məsuliyyətdən bəhs edilib.