Regionlarda valideynlik bacarıqlarının artırılması məqsədilə təlimlər keçirilib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan, Ağdam, Göygöl, İsmayıllı, Qəbələ, Saatlı, Sabirabad, Hacıqabul, Zərdab, Zaqatala, Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 21-25 iyul 2025-ci il tarixlərində mərkəzlərdə və təhsil müəssisələrində mərkəzlərin əməkdaşları, məktəb psixoloqları və valideynlərin iştirakı ilə valideynlik bacarıqlarının artırılması məqsədilə təlimlər keçirilib.
Təlimlərdə ekspertlər çıxış edərək valideynlik bacarıqlarının inkişafının uşaqların sağlam, təhlükəsiz və ailə mühitində böyüməsi, onların sosial və emosional inkişafı üçün vacib olduğunu qeyd ediblər. Təlimlərin gedişatında psixoloji tapşırıqlardan istifadə edilib, video çarx nümayiş etdirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi