“Reproduktiv sağlamlıq və ailə planlaşdırılması” mövzusunda növbəti görüşlər keçirilib
Paylaş:
10-12.03.2026-cı il tarixlərində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Elm və Təhsil Nazirliyinin dəstəyi və Səhiyyə Nazirliyinin ekspertinin iştirakı iləBakı Qızlar Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması” mövzusunda növbəti görüşlər keçirilib.
Gənclərin ailə həyatına hazırlanması məqsədi ilə keçirilən tədbirlərdəDövlət Komitəsinin əməkdaşları Kamila Əliyeva və Rafiq Mahmudov, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə İslahatlar Mərkəzinin həkim-metodistləri Zümrüd Kazımova və Teymur Ağazadə tələbələrə mövzu ilə bağlı maarifləndirici məlumatlar veriblər.
Çıxışçılar Azərbaycanda demoqrafik təhlükəsizliyin təmin olunması və sağlam nəslin yetişdirilməsinin diqqət mərkəzində saxlanıldığını vurğulayaraq, ailələrin sağlamlığının qorunması istiqamətində görülən işlərdən bəhs ediblər.
Daha sonra ekspertlər təhlükəsiz reproduktiv davranışlar, ailədə sağlam uşaqların doğulmasının vacibliyi barədə danışıb, ailə planlaşdırılmasına dair tövsiyələr səsləndiriblər.
Görüşün sonunda iştirakçıların sualları cavablandırılıb. Tədbirlərdə ümumilikdə 311 tələbə iştirak edib.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi