Reproduktiv sağlamlıq və sağlam həyat tərzinin formalaşdırılması mövzusunda gənclərlə görüş keçirilib

25 may 2025 03:26

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti nəzdində Sənaye və Texnologiya Kollecinin tələbələrinin iştirakı ilə “Təhlükəsiz reproduktiv sağlamlıq davranışlarının və sağlam həyat tərzi vərdişlərinin formalaşdırılması” mövzusunda görüş keçirilib.

Sənaye və Texnologiya Kollecinin direktoru Faiq Şahbazlı tədbiri açaraq, müzakirə olunan mövzunun əhəmiyyətindən danışıb, gənclərin bu istiqamətində maarifləndirilməsinin vacib olduğunu qeyd edib.

Görüşdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin baş məsləhətçisi Rafiq Mahmudov və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar mərkəzinin həkimi Teymur Ağazadə çıxış edərək, sağlam həyat tərzinin insan sağlamlığına müsbət təsirlərindən, ziyanlı vərdişlərin reproduktiv sağlamlığa vurduğu zərərlərdən, həmçinin ailə planlaşdırılmasının vacibliyindən, erkən nikahların fəsadlarından bəhs ediblər.

Tədbir zamanı interaktiv diskussiyalar aparılıb, iştirakçıların sualları cavablandırılıb.

Tədbirdə 100-ə yaxın gənc iştirak edib.