Respublika Qan Bankında 17 Aprel - Ümumdünya Hemofiliya Gününə həsr edilmiş qanvermə aksiyası keçirilib
Paylaş:
17 aprel 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası, “Birlik” Xeyriyyə Təşkilatı, Azərbaycan Gənc Müəllimlər Assosiasiyası, Azərbaycan Uşaqlarının İnkişaf Platforması (AUİP) və Dövlət Komitəsinin “Ailəm könüllüləri” proqramı iştirakçılarının birgə əməkdaşlığı ilə Respublika Qan Bankında 17 Aprel - Ümumdünya Hemofiliya Gününə həsr edilmiş qanvermə aksiyası keçirilib.
Respublika Qan Bankının tibb işçiləri tərəfindən sağlamlıq imkanları əvvəlcədən müəyyənləşdirilən donorlardan toplanan qan ehtiyatı talassemiya, hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkənlərə dəstək məqsədi daşıyır.
Artıq ənənə halını alan bu nəcib aksiyaya dövlət qurumlarının əməkdaşları və könüllü donorlarlar qoşulub.
Aksiyada iştirak edən hər kəsə minnətdarlığımızı bildiririk.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi