Şagirdlər üçün “İnternet təhlükəsizliyi” mövzusunda görüş keçirilib
Paylaş:
29 may 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 182 nömrəli tam orta məktəbin şagirdləri üçün “İnternet təhlükəsizliyi” mövzusunda görüş keçirilib.
Direktor vəzifəsini müvəqqəti icra edən İlhamə Qurbanova çıxış edərək müzakirə olunan mövzunun əhəmiyyəti barədə danışıb.
Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin baş məsləhətçisi Rafiq Mahmudov uşaqların onlayn mühitdə qarşılaşa biləcəyi risklər, təhlükəli məzmunlardan qorunma yolları, internetdən istifadə edən zamanı valideyn nəzarətinin əhəmiyyyəti, eləcə də şifrə təhlükəsizliyi və şəxsi məlumatların qorunması barədə məlumat verib.
Görüşün sonunda uşaqların sualları cavablandırılıb, mövzu ətrafında interaktiv müzakirələr aparılıb və internet təhlükəsizliyi ilə bağlı sosial çarx nümayiş olunub.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi