“Sağlam ailə dövlətin gücüdür” mövzusunda görüş təşkil olunub
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Nərimanov Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı, eləcə də “Ailəm könüllüləri"nin və Nərimanov rayon fəallarının iştirakı ilə “Sağlam ailə dövlətin gücüdür” mövzusunda görüş keçirilib.
Tədbirin əsas məqsədi cəmiyyətdə ailə institutunun mühüm roluna diqqət çəkmək, milli-mənəvi dəyərlərin qorunmasını, sağlam ailə münasibətlərini təşviq etmək və gəncləri bu istiqamətdə maarifləndirməkdir.
Görüşdə Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Muradova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Rafiq Mahmudov, YAP Nərimanov rayon təşkilatının sədr müavini Anar Abbasov və Nərimanov Rayon Gənclər və İdman sektorunun müdiri Bahəddin Hüseynov iştirak ediblər.
Görüş zamanı ailə dəyərlərinin qorunması, ailədaxili münasibətlərin sağlam əsaslar üzərində qurulması, gənclərin ailə həyatına hazırlanması, eləcə də sağlam ailənin dövlətin və cəmiyyətin inkişafındakı rolu barədə geniş fikir mübadiləsi aparılıb.
Sonunda iştirakçı gənclər sertifikatla təltif olunublar.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi