“Sağlam ailə iqliminə psixoloji baxış” mövzusunda görüş keçirilib
Paylaş:
24 fevral 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Turizm və Sosial Xidmətlər üzrə Peşə Təhsil Mərkəzində “Sağlam ailə iqlimində psixoloji baxış” mövzusunda maarifləndirici görüş təşkil olunub.
Açılış nitqi ilə çıxış edən Dövlət Komitəsinin əməkdaşı Nərgiz Sədrəddinbəyli dövlətin ailə siyasətinin prioritetləri barədə danışıb, ailə dəyərlərinin qorunmasının və nəsildən-nəslə ötürülməsinin vacibliyini vurğulayıb, bu istiqamətdə görülən işlərdən bəhs edib.
Gənclərin və müəllimələrin iştirakı ilə keçirilən tədbirdə mütəxəssis qismində çıxış edən klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov ailədaxili münasibətlərin düzgün tənzimlənməsi, sağlam cəmiyyətin qurulmasında sosial məsuliyyətin rolu və süni intellektdən düzgün istifadə barədə geniş məlumat verib.
İştirakçılar tərəfindən böyük maraqla qarşılanan görüş çərçivəsində geniş fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.
Tədbirdə mövzuya uyğun olaraq, Komitə tərəfindən hazırlanan sosial çarxlar nümayiş olunub.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi