“Sağlam ətraf mühit, sağlam gələcək” adlı maarifləndirici görüş keçirilib

5 mart 2026 11:34

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Səhiyyə Nazirliyi, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Bakı şəhərinin Tahir Firuzoğlu adına 252 nömrəli məktəb-liseyinin yuxarı sinif şagirdləri ilə “Sağlam ətraf mühit, sağlam gələcək”  adlı maarifləndirici görüş keçirilib.

Görüşdə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin əməkdaşı Nailə İbrahimova və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar mərkəzinin həkim-mütəxəssisi Pərvin Quliyeva sağlam ətraf mühitin insanın həyatına, səhhətinə təsirindən, ekoloji mədəniyyətdən, tullantıların düzgün idarə olunmasından danışıb, uşaqların ətraf mühitin qorunmasında fəal iştirak etmələrinin vacibliyini qeyd ediblər. 

Müzakirə formatında davam edən görüşdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.