Sağlam ətraf mühit, sağlam gələcək” mövzusunda maarifləndirici görüşlər keçirilib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Səhiyyə və Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Bakı şəhərinin Qorxmaz Baxşıyev adına 179 və 182 nömrəli tam orta məktəblərdə “Sağlam ətraf mühit, sağlam gələcək” adlı maarifləndirici görüşlər keçirilib.
Yuxarı sinif şagirdləri ilə keçirilən görüşlərdə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin əməkdaşı Nailə İbrahimova və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar mərkəzinin həkim-mütəxəssisləri Ülkər Camalova və Sevinc Bağırova çıxış ediblər.
Çıxışçılar sağlam ətraf mühitin insanın həyatına, səhhətinə təsirindən, ekoloji mədəniyyət, ekoloji davranış və tullantıların düzgün idarə olunmasından danışıb, uşaqların ətraf mühitin qorunmasında fəal iştirak etmələrinin vacibliyini qeyd ediblər.
Tədbirlərdə iştirakçılar üçün interaktiv müzakirələr təşkil olunub, suallar cavablandırılıb.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi