Salyan rayonunda “Narkomaniyanın reallığı” mövzusunda maarifləndirici seminar keçirilib
Paylaş:
6 mart 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Salyan regional “ASAN xidmət” mərkəzinin və Salyan Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Narkomaniyanın reallığı” mövzusunda maarifləndirici seminar keçirilib.
Tədbirdə təhsil müəssisələrinin nümayəndələri, müəllimlər, valideynlər və gənclər iştirak ediblər.
Seminarıgiriş sözü ilə açan ŞirvanSalyan regional “ASAN xidmət” mərkəzinin direktoru Samir Hüseynovun narkomaniya ilə mübarizədə aidiyyəti qurumların birgə fəaliyyətinin əhəmiyyətindən danışıb və bu istiqamətdə maarifləndirmə tədbirlərinin vacibliyini vurğulayıb.
Daha sonra Komitənin nümayəndəsi Həsən Əliyev mövzu ilə bağlı çıxış edərək, narkomaniya ilə bağlı maarifləndirmə zamanı diqqət yetirilməli məqamlar, müxtəlif yaş qrupları üçün təqdimatların fərqli yanaşmalarla aparılmasının zəruriliyi barədə məlumat verib. O, həmçinin dövlət proqramları çərçivəsində həyata keçirilən profilaktik tədbirləri də qedy edib.
Daha sonra Salyan Rayon Polis Şöbəsinin Narkotiklərlə Mübarizə Qrupunun əməliyyat müvəkkili, baş leytenant Alxan Mehdiyev narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri, hüquq-mühafizə orqanlarının fəaliyyəti, həmçinin bu sahədə mövcud məsuliyyət və cəza mexanizmləri barədə iştirakçıları məlumatlandırıb.
Seminar müzakirə formatında davam edib, iştirakçıların sualları cavablandırılıb
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi