“Şəhərsalma və Memarlıq İli” çərçivəsində tədbirlər keçirilib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Zaqatala, Goranboy, Göygöl və Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 1–5 iyun 2026-cı il tarixlərində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində müxtəlif maarifləndirici tədbirlər və ekskursiyalar təşkil olunub.
Tədbirlərdə mərkəzlərin əməkdaşları, müəllimlər, ekspertlər və şagirdlər iştirak ediblər.
Çıxışlarda Azərbaycan Respublikası Prezidentinin 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında Sərəncamının əhəmiyyəti vurğulanıb, ölkədə həyata keçirilən şəhərsalma və quruculuq işləri, tarixi-mədəni irsin qorunması istiqamətində görülən tədbirlər barədə məlumat verilib. Bildirilib ki, Azərbaycanın zəngin memarlıq irsinin qorunması və gələcək nəsillərə ötürülməsi mühüm əhəmiyyət daşıyır.
Tədbirlər çərçivəsində uşaqlar mövzu üzrə təqdimatlar edib, yaşadıqları ərazilərin inkişafı ilə bağlı fikir və təkliflərini səsləndiriblər. Məktəblilər ekoloji cəhətdən təmiz, təhlükəsiz və rahat yaşayış mühitinin formalaşdırılmasına dair müxtəlif ideyalar təqdim ediblər.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi