Şəhid ailələri ilə görüş keçirilib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şura və Bakı 29 saylı Mediasiya Təşkilatının birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Günü münasibətilə şəhid ailələri ilə görüş keçirilib.
Tədbirdə şəhidlərin ailə üzvləri, ziyalılar, vəkillər, mediatorlar, hüquqşünaslar, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Görüşün əsas məqsədi Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini yad etmək, onların ailələrinə mənəvi dəstək göstərmək və cəmiyyətin daim şəhid ailələrinin yanında olduğunu bir daha ifadə etmək olub.
Çıxışlarda şəhidlərin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda göstərdikləri qəhrəmanlıqdan, onların xatirəsinin yaşadılmasının, ailələrinə diqqət və qayğının davamlı olmasının vacibliyindən bəhs edilib.
Şəhid ailələrinin üzvləri göstərilən ehtirama, diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi