Şirvan və Lənkəran şəhərlərində maarifləndirici posterlər nümayiş etdirilib

22 aprel 2025 17:35

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən uşaq və yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği, uşaq əməyinin istismarı hallarının qarşısının alınması, uşaqlara qarşı zorakılıqla mübarizə, uşaqların zərərli informasiyadan qorunması, yeniyetmələr arasında erkən nikahın mənfi nəticələrinə dair məlumatlılıq səviyyəsinin artırılması və bu kimi digər məsələlərlə bağlı müvafiq dövlət, qeyri-hökumət və beynəlxalq təşkilatlar ilə əməkdaşlıq çərçivəsində mütəmadi olaraq ictimai maarifləndirmə tədbirləri həyata keçirilir.

Azərbaycan Dövlət Reklam Agentliyi (ADRA) ilə əməkdaşlıq çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Uşaq əməyinə - yox! Xoşbəxt uşaqlığa – hə!”; “Kibercinayətdən özünü qoru! Qaynar xəttə zəng et! 116-111”; “Kiber zorakılığa son! Qaynar xəttə zəng et! 116-111”; “İdman sağlam həyat tərzidir”; “Uşaqlarımız üçün üç hə – Sevgi! Anlayış! Qayğı!”; “Müdafiəsiz uşaqlarının səsi ol. Qaynar xəttə zəng et! 116-111”; “Erkən nikah valideyni cinayətkar edir! Zəng et! 116-111”; “Uşaqlara qarşı zorakılıqla mübarizə aparaq! Qaynar xəttə zəng et! 116-111”; “Narkotik - ölüm tələsidir! Narkomaniyaya yox deyək!”; “Həyatını sev və qoru! Stop QİÇS!”; “Övladının problemlərini dinlə! İntihardan qoru! Qaynar xəttə zəng et! 116-111”; “Övladlarınızı zərərli informasiyalardan qoruyun!” mövzusunda elektron posterlərdən hazırlanmış video çarx 15-22 aprel 2025-ci il tarixlərində Biləsuvar rayonunda, Şirvan şəhərinin Məmməd Əmin Rəsulzadə və Lənkəran şəhərinin Həzi Aslanov küçələrində Agentliyə məxsus monitorlarda yayımlanmaqdadır.