“Sülh Aylığı” çərçivəsində tədbirlər keçirilib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, İsmayıllı, Qəbələ, Göygöl, Goranboy, Zərdab, Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 7-11 sentyabr 2026-cı il tarixlərində “Sülh aylığı” çərçivəsində müxtəlif maarifləndirici tədbirlər, dəyirmi masa və viktorinalar keçirilib.
Yerli idarə, müəssisə və təşkilatların dəstəyi ilə keçirilən tədbirlərdə aidiyyəti qurumların nümayəndələri və uşaqlar iştirak ediblər. Tədbirlərdə aylığın keçirilmə məqsədi barədə məlumat verilib, uşaqlar və gənclər arasında insan hüquqlarına hörmət, tolerantlıq və dinc birgəyaşayış dəyərlərinin təşviqi, ayrı-seçkilik və zorakılığın qarşısının alınması ilə bağlı maarifləndirmənin əhəmiyyəti diqqətə çatdırılıb. Viktorinalar zamanı uşaqlar sülhün və uşaq hüquqlarının əhəmiyyəti barədə məlumatlılıqlarını artırmaq, yaradıcı düşünmə və komanda ilə işləmək bacarıqlarını inkişaf etdirmək fürsəti əldə ediblər.
Sonda uşaqlara təşəkkürnamə və hədiyyələr təqdim edilib.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi