Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyinin nümayəndə heyəti ilə görüş keçirilib
Paylaş:
24 sentyabr 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva “Çətin həyat şəraitində olan ailələr və uşaqlarla çalışan mütəxəssislərin peşəkarlığının artırılması” təlimi ilə bağlı Azərbaycana səfər edən Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyinin şöbə müdiri Ömer Çokgörenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Qonaqları salamlayan Aynur Sofiyeva Dövlət Komitəsinin təşkilatçılığı ilə növbəti 3 gün ərzində keçiriləcək təlimin əhəmiyyətindən danışıb. O, çətin həyat şəraitində olan ailələr və uşaqlarla çalışan mütəxəssislərin peşəkarlığının artırılmasının, eyni zamanda bu sahədə təcrübə mübadiləsinin aparılmasının önəmindən bəhs edib.
Ömer Çokgören Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edib, təlimin uğurla başa çatacağına inandığını qeyd edib.
Görüşdə Dövlət Komitəsinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin nümayəndələri də iştirak edib.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi