Türkiyənin yeni Ailə İnstitutu nümayəndə heyətinə təqdim olunub
Paylaş:
Ankara şəhərində səfərdə olan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələrinin iştirak etdiyi görüş zamanı Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi yanında 2024-cü ildə yaradılmış Ailə İnstitutu barədə ətraflı məlumat təqdim olunub, İnstitutun yaradılma məqsədi, əsas funksiyaları, araşdırma istiqamətləri və ailə siyasətinin təkmilləşdirilməsində oynadığı rol barədə ətraflı məlumat verilib.
Bununla yanaşı, Türkiyədə mövcud demoqrafik vəziyyət və demoqrafik problemlərin həlli istiqamətində həyata keçirilən dövlət siyasəti barədə geniş təqdimat keçirilib.
Görüş qarşılıqlı əlaqələrin daha da gücləndirilməsi, yeni birgə təşəbbüslərin reallaşdırılması və institusional əməkdaşlığın inkişafı baxımından mühüm addım kimi qiymətləndirilib.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi