Ümummilli Lider Heydər Əliyevin xatirəsi yad edilib

Paylaş:
9 may 2025-ci il tarixində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivi Ulu Öndərin məzarını ziyarət ediblər.
Müstəqil Azərbaycanın qurucusu və memarı, görkəmli dövlət xadimi, dahi şəxsiyyətin abidəsi önünə əklil qoyulub, xatirəsi dərin ehtiramla yad edilib.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilərək, məzarı üzərinə gül dəstələri düzülüb.