Uşaq hüquqları ilə bağlı təlim keçirilib

22 aprel 2025 14:36

Paylaş:

22 aprel 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İ.M.Seçenov adına Birinci Dövlət Tibb Universitetinin Bakı filialı ilə əməkdaşlığı çərçivəsində uşaq hüquqları mövzusunda təlim təşkil edilib.

Təlimdə Dövlət Komitəsinin əməkdaşı Nurlana Qaraxanova, Uşaq Səfirlər Məclisinin üzvləri Murad Qasımov və Mələk Niftəliyeva uşaq hüquqları haqqında qanunvericilik, tərbiyə, təhsil, tibbi xidmət, sosial təminat sahələrində hüquqi savadlılığın əhəmiyyəti barədə məlumatları diqqətə çatdırıblar.

Tədbir zamanı uşaq və yeniyetmələrin sağlamlığının qorunması, onlara qarşı fiziki və psixoloji zorakılığın bütün formalarından müdafiə, sağlamlıq imkanları məhdud uşaq və yeniyetmələrin səhiyyə, təhsil və məşğulluqla bağlı məlumatlara əlçatanlığının vacibliyindən danışılıb.

Bununla yanaşı iştirakçılara maarifləndirici materiallar paylanılıb və universitetdə quraşdırılan monitorlarda nümayiş etdirilməsi üçün video-çarx təqdim edilib.